Saçların vəziyyətini yaxşılaşdıran SADƏ MASKA
Fenomen.Az

Saçların vəziyyətini yaxşılaşdıran SADƏ MASKA

Soyuq fəsillərdə saçların vəziyyəti kəskin pisləşir – saçlar quru və cansız olur, həcmini itirir.

Sizə sacların vəziyyətini yaxşılaşdırmaq üçün çox sadə maska reseptini təqdim edirik.

Saçların uzunluğundan asılı olaraq 2-4 x.q. zeytun, gənəgərçək və ya badam yağı götürülür. Yağı su hamamında bir qədər qızdırın və saçlara çəkin. Daha sonra saçınızı sellofan, sonra dəsmalla örtün. Maskanı 1 saat saxlayın (daha çox da saxlaya bilərsiniz). Makadan sonra saçınızı yaxşı yuyun.

Belə maskanı həftədə 1 dəfə edin. Lakin yalnız 1 istifadədən sonra maskanın müsbət effektini görəcəksiniz. (saglamolun.az)

loading...