Hamiləlikdə Qaz Sancısı Qaz Verən Məhsullar HANSILARDIR?

Hamiləlikdə Qaz Sancısı Qaz Verən Məhsullar HANSILARDIR?

Aile.fenomen.az saytı məlumat verir ki,

Hamiləlik dövründə qaz sancısı ana namizədlərin əksəriyyətinin yaşadığı problemdir.Qaz sancıları hamilələrdə əzələlərin gərginləşməsinə, özünü şişkin hiss etməsinə və müxtəlif sancıların yaranmasına səbəb olur.

Qaz sancılarının yaranma səbəbi nədir ?

Hamiləlik dövründə ananın orqanizmində qazların yaranmasının əsas səbəbi bədəndə hormonal balansın artıb azalması ilə əlaqəli olaraq dəyişilməsidir.Bu da öz növbəsində həzm sisteminə təsir edərək buradakı əzələləri gərginləşdirir.Daha sonra isə hamiləlik böyüdükcə uşaqlıq mədəyə basqı edərək, digər orqanların işinə çətinlik yaradır.Bu gedən dəyişikliklər nəticəsində bədəndə qaz yığılar.Bundan başqa, qeyd etmək lazımdır ki, qəbizlik də bu cür problemin yaranma səbəblərindən biridir.

Qaz sancısından necə azad olmaq olar ?

Qaz yaradan məhsullardan – kələm, brokkoli, paxla, soğan, meyvə şirələri,ərik, armud şaftalı, süd və süd məhsullarından uzaq durmaq lazımdır.

Tez – tez gəzmək lazımdır.Təmiz havada bol şəkildə gəzmək lazımdır ki, həzm sisteminin fəaliyyəti normallaşsın və bədəndəki qaz xaric olunsun.

Çobanyastığı çayı için.Gün ərzində 2 – 3 fincan çobanyastığı çayı içərək həzm prosesini rahatlaşdırmaq olar.Beləcə də, bədəndəki qazdan azad ola bilərsiniz.

Bol miqdarda maye, su için.Unutmayın ki, bol miqdarda içilən su qəbizlik probleminin həlii üçün çox təsirlidir.


loading...