Hamiləlik Zamanı Menusturasiya ( Aybaşı )

Hamiləlik Zamanı Menusturasiya ( Aybaşı )

Aile.fenomen.az saytı məlumat verir ki,
Əgər bir qadın tamamilə sağlamdırsa, onda menusturasiya halının gecikməsi hamiləliyin ilkin əlaməti sayıla bilər.Lakin, onu da qeyd etmək lazımdır ki, bəzi qadınlar da hamilə olduqları halda menusturasiya keçirdikləri üçün hamiləliklərini öyrənmələri bir qədər gecikmişdir.
Hamiləlik zamanı menusturasiyanın davam etməsinin səbəbi nədir ?
Çoxlarınıza məlumdur ki, hamiləlik zamanı orqanizmdən bir sıra qan axıntıları ifraz olunur və  əlbəttə ki, bu ifrazat aybaşı hesab olunmur.Belə halın baş verməsinə müxtəlif şeylər səbəb ola bilər – məsələn, ananın orqanizminin hormonal funksiyasının pozulması.Belə mənfi halların baş verməsi artıq ana üçün onun yumurtalığında böyüyən dölün inkişafı haqqında çalınan həyəcan təbilidir.
Hamiləlik zamanı aybaşı halı yaşayan bəzi xanımlarda orqanizmlərində lazımi qədər proqesteron hormonunun ayrılmaması səbəbindən baş verir.
Bundan başqa, bu hal dölü inkişaf patalogiyası zamanı da baş verə bilər.
Bəzən elə olur ki, gələcək ana endometrioz yaxud da miomadan əziyyət çəkirsə, döl yaxşı inkişaf edə bilmir.Dölün inkişafı üçün əlverişli şərait olmadıqda isə embrion inkişafsız qalır, düzgün oksigen ala bilmir, nəticədə də düşmələr baş verə bilər.
Qırmızı axıntıların gəlməsinin daha bir səbəbi isə hiperandroqeniya adlandırılan hormonal pozğunluq da ola bilər.


loading...