Gözəl bədən quruluşu, təravətli dəri üçün pəhriz
Fenomen.Az

Gözəl bədən quruluşu, təravətli dəri üçün pəhriz

Bayram öncəsi hər bir xanım onu tez arıqladan pəhriz arzulayır.

Tez bir zamanda artıq çəkidən xilas olmağa imkan yaradacaq pəhriz təqdim edir:

QANDA ŞƏKƏRİ TƏNZİMLƏ

Bu, pəhrizin əsas qaydasıdır. Hər bir qidanın içində qlükoza olur. Sən xəmir, şirniyyat yedikcə, orqanizmdə şəkərin səviyyəsi yüksəlir və sən özünü əla hiss edirsən. Amma hansısa tərəvəzi yedikdə, o, mədədə tez, təxminən yarım saata həzm olunur, orqanizmdə şəkər səviyyəsi enir və başağrıları, yorğunluq, yuxusuzluq səni tərk etmir. Beləcə, orqanizm özünə lazım olan qədər yağ götürüb, qalanını ehtiyat kimi bədənə yığır və nəticədə, kökəlirsən. Orqanizmdə şəkər səviyyəsini tənzimləmək üçün qlükoza cədvəlinə baxmaq lazımdır. Beləcə, ərzaqların tərkibində nə qədər qlükoza olduğunu biləcəksən. Buna uyğun sevdiyin ərzağı ye və arıqla.

AĞIR YAĞLARI UNUT

Piyin qarının yan hissələrində toplanmaması üçün sırf omeqa-3 yağlarına ehtiyacın olacaq. Bu da balıqda, balqabaq tumlarında və fındıqda var. Omeqa-6 yağları isə küncütdə, günəbaxan tumlarında və bitki yağlarında mövcuddur.

RƏQS, RƏQS, RƏQS

Hər gün 15 dəqiqə rəqs etmək bir ilə 20 kq. arıqlamağa kömək edir. Bu, həm də yorğunluğu aradan götürür, xoşbəxtlik hormonlarını artırıb, iştahanı yox edir.

POLİVİTAMİN QƏBUL ET

B və C qrup vitaminləri piyləri parçalayır, şirniyyata, yağlara olan meyli azaldır və əsəbləri tənzimləyir.

DİQQƏT ÜÇÜN…

Bu qaydaları bir vərəqə yazıb, soyuducunun üstünə yapışdır ki, hər gün vaxtında və unutmadan yerinə yetirəsən.

PƏHRİZİN MƏNFİ CƏHƏTİ

ALLERGİYASI OLANLAR QİDA SEÇƏRKƏN VƏ VİTAMİN QƏBUL EDƏRKƏN EHTİYATLI OLSUNLAR.

BU PƏHRİZLƏ SƏN NƏLƏRƏ SAHİB OLACAQSAN?

• Bir ölçü arıqlayacaqsan

• Sellülitdən azad olacaqsan

• Qarnınə yığacaqsan

• Üz dərini təravətləndirəcəksən

• Daha da cazibədar görünəcəksən

• Özünü əla hiss edəcəksən

Pəhrizi 7 gün etsən 3 kiloqram arıqlaya biləcəksən. (Axşam.az)

loading...