Dünyada ilk: Uşaqlıq yolu transplantasiya edilmiş qadın ana oldu

Dünyada ilk: Uşaqlıq yolu transplantasiya edilmiş qadın ana oldu

İsveçdə unikal cərrahiyyə əməliyyatının sonucu fenomenal nəticə verib. Ailə qurandan bəri ana olmağa çalışan qadın arzusuna çatıb.
Uşaqlıq yolu transplantasiya edilmiş qadın qeysəriyyə kəsimi əməliyyatı vasitəsilə övladını dünyaya gətirib.
Milli.Az Lancet-ə istinadən bildirir ki, doğulmuş oğlanın və onun anasının adı açıqlanmır. Əməliyyatı Höteborq Universitetinin professoru Mats Brennströmreallaşdırıb.
2,1 kq çəkisi olan oğlanın doğulması möcüzə də sayıla bilər. Çünki onun anası, 36 yaşlı qadının uşaqlıq yolunda fəsadlar olduğundan bu xanım hamilə qala bilmirdi.
Həkimlər ötən il onu müayinə edəndən sonra analıq yolunun transplantasiyasına qərar veriblər. Donor olmağa isə 61 yaşlı qadın razılıq vermişdi.
Transplantasiya əməliyyatı uğurla başa çatıb.
Höteborq universitetindən verilən məlumata görə, hazırda 6 qadın da uşaqlıq yolu transplantasiyası əməliyyatından sonra hamilə qalıb və onlar daimi nəzarətdədirlər.
Unikal əməliyyatdan sonra ana olmuş qadınla övladı isə artıq evə buraxılıblar.
Onların ikisinin də durumunun yaxşı olduğu deyilir.
Unikal əməliyyatda iştirak etmiş cərrah, Höteborq Universitetinin əməkdaşı Layza Yohanssen deyib: “Möcüzə idi. Sanki öz övladım dünyaya gəlirdi. Professor Mats Brennström əsl sehrbazdır”.
loading...