
Yaz-yayın ən dəbli rəngi seçildi – Fotolar
2015-ci ilin yaz-yay mövsümünün ən dəbli rəngi müəyyən edilib. Bu bənövşəyi və çalarlarıdır.
Al-qırmızı rəng də ən çox istifadə edilənlərdən olacaq.
Bənövşəyi, lil, lavanda rənginin çalarlarını demək olar ki, hər yerdə – geyimlərdə və aksesuarlarda görə biləcəyik. Bu rəngin çalarları tanınmış modelyerlərin kolleksiyalarında da dominantlıq edib.
Amma bir rəngdən istifadə məsləhət deyil. Yaxşı olar ki, bənövşəyinin çalarlarını başqa rənglərlə kombin edəsiniz. Qara və pastel tonlar istisnadır.
Qeyd edək ki, bir müddət öncə 2015-ci ilin ən aktual rəngi açıqlanmışdı. “Pantone Color Institute” – rəng institutunun ekspertlərinin fikrincə, ilin rəngi “marsala” olub. Yəni, zoğalı -qəhvəyi rəngin qarışığı.
Bu rəng adını Siciliyadan olan bir şərabdan götürüb. (anspress)
Bənövşəyinin çalarları
Marsala rəngi