Dünya şöhrətli azərbaycanlının SƏS-KÜYLÜ KOLLEKSİYASI – FOTO

Dünya şöhrətli azərbaycanlının SƏS-KÜYLÜ KOLLEKSİYASI – FOTO

Yaratdığı bənzərsiz libasları ilə öz imzasını dünyaya tanıtdıran modelyer Rüfət İsmayıl yeni kolleksiyası ilə modapərəstlərin görüşünə gəlməyə hazırlaşır.

Bu barədə “Affair” markasının yaradıcısı özü məlumat verib. “Butterfly Effect” 2019-2010, yəni kəpənək effekti adlı yeni kolleksiya 13 Fevralda Nyu-York moda həftəsində nümayiş olunacaq.

R.İsmayılın yeni kolleksiyası demək olar ki, qara rəng üzərində qurulub. Qara parçaları bəzəyən əl işləri libasların orijinallığından xəbər verir. Yeni kolleksiya üçün sınıq-sökük köhnə bir daxmada çəkilən fotosessiya da diqqətə layiqdir.

Məlumat üçün bildirək ki, Cennifer Lopes, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi, Erik Kostell və digər məşhur Hollivud ulduzları dizaynerin işlərinə müraciət edib. Dizayner əmindir ki, kolleksiyasından geyinən ulduzların sayı getdikcə daha artacaq. Ən əsası, o, artıq öz məqsədinə çatıb, dünya şöhrətli moda dizayneri olmağı bacarıb.

Onun dəb şouları Milan, Florensiya, Tehran və digər şəhərlərdə keçirilib. Həmyerlimiz “Türkiyənin ən yaxşı dizayneri” adına layiq görülüb. Keçən il Fashion TV kanalı da onu 2018-ci ilin ən yaxşı avropalı dizayneri mükafatına layiq görüb. Dizayner Azərbaycanda xalq artisti Aygün Kazımova ilə əməkdaşlıq edir.
(publika.az)

loading...