Bu il nələr dəbdədir?

Bu il nələr dəbdədir?

Keçən ilki kimi uzun ətəklər bu il də dəbdə olacaq. Xanımların nəzərinə onu da çatdırım ki, bu il rəngli və gül bəzəkləri olan parçalar dəbdə olacaq. Uzun ətəklərdə rahatlıqla yay fəslində gəzə bilərsiniz. Daha çox dəniz kənarına və ya şəhər gəzintisinə çıxmaq da olar. Amma sizə təqdim etdiyim uzun geyimlər, gecə geyimləri üçün nəzərdə tutulub.

Gənclər bu il də dəri və cins şortları cəsur şəkildə geyinə bilərlər. Şortlar əsasən arıq olan xanımlar üçündür. Bir az kilolu xanımlar geyinərkən diqqətli olun, şortlar sizi daha kobud göstərə bilər. Dəriyə gəldikdə isə çalışın təbii olmayan dərilərdən istifadə edin. Heyvanlara mərhəmət edək!

Cinslər artıq neçə ildir dəbdədir.Hər il də dəbdə olması gözlənilir. Cins alarkən rənginə və formasına diqqət edin. Cinsdə ağ ləkələr olmamasına xüsusi fikir verin.

Ağ rəngi sevənlər, bu il rahat geyinə bilər. Ağ rəngli geyimlər sizi daha gözəl göstərəcək. Əsasən dəniz kənarı partilərə ağ rəngli donlarınızı geyinib rahat gedə bilərsiniz.

Təbii ki, bəzəkli şalvarlar bu il yenidən dəbə minib. Bəzəkli şalvarlarınızı geyinərkən, xüsusən dar olanları daha gözəl görünür. Və təbii ki, hündür dikdabanlarla daha gözəl ola bilərsiniz.

Bir şeyi unutmayın, bəzəkli şalvarları sadə üst geyimləri ilə geyinmək lazımdır.

Göy və yaşıl rəng bu il seçilənlərdəndir. Göy və yaşıl rəngdə şort və ətəklər, donlar hamısııı dəbdədir.

loading...