3 uşaq anası dünya gözəli seçildi – FOTOSESSİYA – Fenomen.Az
Fenomen.Az

3 uşaq anası dünya gözəli seçildi – FOTOSESSİYA

Rusiya sakini “Dünya gözəli -2014” müsabiqəsinin qalibi seçilib. 

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, dünən Ekvadorda keçirilən “Dünya gözəli -2014”ün qalibi Sankt – Peterburqdan olan Yuliya İonina olub.

28 yaşlı Yuliya ailəlidir və 3 uşaq anasıdır. “Gözəllik və mərhəmət” adlı xeyriyyəçilik fonduna rəhbərlik edir. “Hüquq elmi” ixtisası üzrə ikinci ali təhsil alır.

Qeyd edək ki, “Dünya gözəli” müsabiqəsi  1985-ci ildən keçirilir. Bundan öncə, iki dəfə -2006 və 2009-cu illərdə Rusiya vətəndaşı müsabiqənin qalibi olub.

loading...