2015-in xallı don dəbi – FOTOLAR | Fenomen.Az
loading...

2015-in xallı don dəbi – FOTOLAR

Daha çox gənc xanımların üstünlük verdiyi xallı donlar xanımları həm gözəl, həm də cazibədar göstərir.

 

Xallı parçalar  Fransada XVIII əsrin sonlarında işıq üzü görüb və o vaxtdan bəri dəbdən düşmək bilmir. Xallı parçalar mütəmadi olaraq müxtəlif brendlərin kolleksiyalarını bəzəyir. Xallı donlar stil ikonalarının da qarderobunda  xüsusi yer tutur.

Ötən illərin və dövrümüzün tanınmış dizaynerləri xallı printlərə kolleksiyalarında tez-tez üstünlük verdiyindən onlar köhnəlməyən klassikaya çevrilib.

 

Bu paltarı alanda onu illərlə geyinə biləcəyinizdən arxayın ola bilərsiniz. Çünki bu, dəbdən düşməyəcək, uzun illər əyninizdən çıxarmayacaqsınız, hətta bəlkə də qızınıza miras qalacaq…

 

Xallı parçaları yalnız geyimlərdə deyil, eləcə də aksessuarlarda istifadə etmək olar. Xallı geyimlərdən istifadə etdiyiniz zaman aksessuarınızın sadə olmasına diqqət edin. Misal üçün, geyiminiz xallı olduqda ayaqqabınız birrəng olmalıdır. Beləcə, geyiminiz qarışıq görünməyəcək.

Ağ parça üzərində qırmızı xallar çox gözəl görünür.

Qara parçanın üstünü bəzəyən ağ xallar xanımların gözəlliyinə gözəllik bəxş edir.

Ağ üzərində qara xallar da zərifliyi tərənnüm edir.

Sadə və bir o qədər də dəbli görünən xallı çantalar da mövsümlə uyğunluq təşkil edir.

 

Əgər sizdə xallı paltar yoxdursa, almağa tələsin. Çünki illər keçsə də, xallı donlar xanım incəliyi və zərifliyini vurğulayan, bütün zamanların ən populyar parçaları olub.

Böyük moda evlərinin dizaynerləri 2015-ci ilin yaz-yaz kolleksiyalarında xallı donları unutmayıblar. Məsələn, “Dolce & Gabbana” –nın bu ilki kolleksiyaları xallı donları ilə göz qamaşdırır. Modapərəstlər  “Christine Phung”, “Just Cavalli” və digər moda evlərində də xallı donlara rast gələ bilərlər.

719592553a8e9eb05a21429900958_1427175546_dolce-gabbana-1 (1)

1182754553a8e9e6ee621429900958_1427175511_martin-grant

4217978553a8e9e860ca1429900958_1427175518_just-cavalli

6504269553a8e9eeea121429900958_esas

8747799553a8e9ec719a1429900958_1427175546_thakoon

9128951553a8e9e9a1e01429900958_1427175544_dolce-gabbana

9483311553a8e9eda9251429900958_1427175570_christine-phung


loading...