Qədir-Xum bayramının əməlləri

Qədir-Xum bayramının əməlləri

Qədir-Xum bayramı qəməri təqvimi ilə zilhiccə ayının 18-nə təsadüf edir. Bu günün müəyyən bəyənilən əməlləri var. Həmin günə aid əməllər:

1. Bayram gününün qüslünü almaq;

2. Oruc tutmaq (bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir; bəzi hədislərə görə, bu gün oruc tutan şəxsin savabı ömrü boyu tutduğu orucun savabına, və həmçinin 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir);

3. Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

4. Zöhrdən qabaq 2 rükətli namaz qılmaq. Yaxşıdır ki, birincü rükətdə «Həmd»dən sonra “Qədr” surəsi, ikinci rükətdə “Həmd”dən sonra «İxlas» surəsi oxunsun. Yaxşıdır ki, bu namaz günorta azanına yaxın vaxtda qılınsın.

Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək. Sonra bu duanı oxumaq: (“Məfatihül-cinan” kitabının tərcüməsinin 569-cu səhifəsindəki dua). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə “Əlhəmdulilləh” və 100 dəfə də “Şükran lilləh” demək lazımdır.

Hər kim bu əməli yerinə yetirərsə, sanki Qədir-Xum günündə Peyğəmbərin (s) yanında olmuş və o kəsin savabını qazanmışdır ki, Həzrətə vilayət beyəti etmişdir.

5. İkirükətli namaz qılmaq. Hər rükətdə «Həmd»dən sonra 10 dəfə «İxlas» surəsi, 10 dəfə «Ayətül-kürsi», 10 dəfə «Qədr» surəsini oxumaq, namazdan sonra bu duanı demək: «Rabbənə innənə səmi’nə munadiən əd-dua bitəvlihi». Hədislərdə qeyd olunur ki, bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

6. “Nüdbə” duasını oxumaq.

7. Möminlər bir-biri ilə görüşən zaman desinlər: “Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin, bivilayəti Əmiril-mu’mininə vəl əimməti ələyhimus səlam”.

Sonra de: “Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc’əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

8. Bu zikri 100 dəfə demək: “Əlhəmdulilləhil-ləzi cə’ələ kəmələ dinihi və təməmə ni’mətih, biviləyəti Əmiril-mu’mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).

9. Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: “Vəxaytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və ‘ahədtullahə və mələikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl-əimmətəl-mə’suminə ələyhimus-sələm, ‘alə ənni in kuntu min əhlil-cənnəti vəş-şəfə’əh, və uzinə li biən ədxuləl-cənnəh, ləədxuluhə ilə və əntə məi”. Bunu dedikdən sonra mömin qardaşın desin: “Qabiltu”. Sonra desin:“Əsqəttu ənkə cəmi’ə huquqil-uxuvvəh, mə xaləş-şəfə’ətə vəd-du’aə vəz-ziyərəh”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).

10. Sileyi-rəhm etmək – qohum-əqrəbaya baş çəkmək;

11. Yeni libas geyinmək;

12. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

13. Məsumlara (ə) salavat göndərmək.

Bu günlə bağlı digər əməllər də var ki, müfəssəl kitablarda göstərilmişdir.

Qeyd edək ki, zülhiccə ayının 18-nə keçən gecə xüsusi namazın qılınması tövsiyə edilir. Bu namaz 12 rükətdən ibarətdir. Bütün 12 rükət namazın hamısı dalbadal qılınır və sonda bir salam deyilir. Namazdan sonra insan dua edərək Allahdan hacətlərini istəyir.

Bəli, Qədir-Xum – dinin kamilləşmə bayramı, mübarək dinimizin Allah Təala tərəfindən bəyənildiyi bir tarixdir.

Allahım! Bizləri Qədir-Xumu dərk edənlərdən və yaşadanlardan qərar ver! Amin!

 

/Deyerler.org


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...