Planetimizə asteroid yaxınlaşır
loading...

Planetimizə asteroid yaxınlaşır

Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun elmi rəhbəri Boris Şustovun fikrinə əsasən, asteroid planetimiz üçün təhlükəli deyil.

Bildirilir ki, 3 oktyabr tarixində asteroid planetimizə maksimum yaxın məsafədə-5.87 milyon km-likdə olacaq. Şustovun sözlərinə əsasən, belə məsafədə səma cismi həvəskar müşahidə qurğusu ilə də görünməyəcək.

Planetimizin yanından tez-tez səma cisimləri keçir. Amma alimlər çox vaxt bu xəbərləri ictimaiyyətə çatdırmırlar.

“SP1” asteroidi saatda 60 min km sürətlə hərəkət edir. Kosmik obyekt 19 sentyabr tarixində müşahidə edilib. (Ölkə.Az)


loading...