“Ötürmə vermək istəyirdim, qol oldu” - Zappakosta

“Ötürmə vermək istəyirdim, qol oldu” – Zappakosta

“Mən həqiqətən xoşbəxtəm. “Stemford Bric”də aruzların debütü oldu. Özüm üçün də hər şey əla idi. Amma Çempionlar Liqasındakı möhtəşəm qələbə daha vacibdi”.

Fenomen.az “Qafqazinfo” ya istinadən xəbər verir ki, bu fikirləri “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda qarşılaşdığı “Çelsi”nin futbolçusu David Zappakosta bildirib.

Komandanının 6:0 hesabı ilə qalib gəldiyi matçda 2-ci qolunun müəllifi olan italiyalı yarımmüdafiəçi qapı torundan keçən gözlənilməz zərbəsindən danışıb: “Qol epizodunda, düzünü desək, irəliləyib yaxşı ötürmə etmək fikrində idim. Amma sonluq qol oldu. Belə hallar mümkündü. Biz qrupda daha yaxşı oynamağa çalışacağıq. Növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.


INSTAGRAM - Yerli ve xarici tanınmışlarin paylaşdıqları son fotoları səhifəmizde izleyin
loading...