Mustafa Sandal keçmiş arvadı ilə dalaşdı — FOTOLAR

Mustafa Sandal keçmiş arvadı ilə dalaşdı — FOTOLAR

10 illik ailə həyatını nöqtələyən Mustafa Sandal və Əminə Yahoviç boşandıqdan sonra ilk dəfə bir lüks qayıqda üz-üzə gəliblər.

Fenomen.az xəbər verir ki, cütlük mübahisə ediblər. Hadisə Bozburun səmtində baş verib. Səhər saatlarında qayığa ayrı-ayrı gələn tərəflər gərgin mübahisə ediblər.

Qayığın yuxarı mərtəbəsində oturan və telefonu bir an da olsun əlindən yerə qoymayan Əminənin yanına Mustafa yaxınlaşıb. Bu isə daha da gərginliyə səbəb olub. Ayağa qalxan və əsəblərini cilovlaya bilməyib əl hərəkətləri edən Yahoviç keçmiş ərini təhdid edib.

Mübahisədən sonra qayığın burnuna gələn və təkbaşına günəş vannası qəbul edən Əminə telefonu ilə tez-tez kimləsə əlaqə saxlayıb.(ölkə.az)


loading...