Moskvanın əlində Trampın seks kasetləri var - ABŞ kəşfiyyatı açıqladı

Moskvanın əlində Trampın seks kasetləri var – ABŞ kəşfiyyatı açıqladı

ABŞ-ın kəşfiyyat təşkilatlarının mətbuata sızan hesabatında prezident Trampla bağlı sensasion məlumat yer alıb.

Hesabatda Moskvanın yeni prezidentlə bağlı şantaj sənədləri hazırladığı qeyd olunub.

Məlumata görə, sənədlər arasında Trampın Moskvada çəkilmiş seks kasetləri də var. Həmin görüntülər Trampın 3 il əvvəl qaldığı Ritz Carlton Hotel-də çəkilib.

Dərhal açıqlama verən Rusiya tərəfi isə Trampla bağlı əllərində hər hansı sənəd olmadığını bildirib. (Qafqazinfo)


loading...