Modelyer Fəxriyyə Xələfova Müəllimlər günü münasibətilə sürprizlə qarşılaşdığı bildirib (Fotolar)

Modelyer Fəxriyyə Xələfova Müəllimlər günü münasibətilə sürprizlə qarşılaşdığı bildirib (Fotolar)

Modelyer Fəxriyyə Xələfova dosent elmi dərəcəsinə layiq görülüb.

Modelyer bu haqda sosial şəbəkədə yazıb. O, Müəllimlər günü münasibətilə qarşılaşdığı sürprizlə bağlı bunları vurğulayıb:

“Oktyabrın 5-də Müəllimlər günü qeyd olundu. Mən də on illik müəllimlik fəaliyyətim nəticəsində dosent elmi dərəcəsinə layiq görüldüm. Bu elmi dərəcə ali məktəbin Elmi Şurası tərəfindən verilir və Ali Attestasiya Komissiyası tərəfindən təsdiq edilir. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllimlərin sözlə ifadə edilməyəcək dərəcədə böyük zəhməti və dəyərsiz xidmətini azacıq da olsa, qiymətləndirmək üçün bu bayram bir vasitədir”.


loading...