Milyarderin reallaşdırmaq istədiyi 3 maraqlı layihə

Milyarderin reallaşdırmaq istədiyi 3 maraqlı layihə

“SpaceX” və “Tesla Motors” ilə çoxlarının tanıdığı milyarder Elon Mask yaxın gələcəkdə bir sıra maraqlı layihələri həyata keçirməyi planlaşdırır.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, hazırda “SpaceX” şirkətinə 500 milyon dollar dəyərində investisiya ayıran milyader 3 layihəni reallaşdırmağı düşünür.

Söhbət “Starlınk”, “Big Falcon” raketi və ən sürətli nəqliyyat vasitəsini yaratmaqdan gedir.

1. “Starlink” 

“SpaceX” şirkətinin ən böyük layihələrindən biri olan “Starlink” Yer planetinin ətrafına 12 min ədəd peyk göndərərək, istənilən nöqtəni limitsiz internet ilə təmin etməkdir. Mask bunu kəsintisiz internet təcrübəsini insanlara yaşatmaq üçün istədiyini vurğulayır. Əlbəttə, 12 min ədəd peykin istehsalı və dövlətlərin buna icazəsi biraz çətin məsələ kimi görünür, amma Maskın dediyinə görə “Starlink” layihəsi baş tutarsa, insanları ən az məbləğ qarşılığında internet ilə təmin edə biləcəklər.

2. “Big Falcon” raketi   

 

Fevralın 6-da “SpaceX” şirkəti “Falcon Heavy” raketlərini işə saldı. Bu tarixdən sonra yayılan məlumatlara görə, Mask mühəndislik mənbələrinin çox hissəsini BFR adlı bir sistemə fokuslayır. Açılışı “Big Falcon Rocket” olan və Marsa bir-başa 100 nəfər insan və 150 tona qədər yük daşıya bilən bu raketin dəfələrlə istifadəsi nəzərdə tutulur. Yəni eniş etdiksən sonra təkrar istifadəyə yararlı olacaq. Ayrıca 348 metrlik təkrar fırladıla bilinən sistemə malik olan bu raket “SpaceX” üçün önəmli addım olacaq.

3. Ən sürətli nəqliyyat vasitəsini təmin etmək.   

 

Mask bu layihə haqqında danışarkən deyir ki, “Əgər biz bu texnologiyaları Ay və ya Marsa getmək üçün istifadə ediriksə, niyə dünyanın başqa bir nöqtəsinə sürətli şəkildə getmək üçün istifadə etməyək?”. Yayımlanmış bir “SpaceX” videosuna görə, insanlar 25 dəqiqə ərzində Los Ancelosdan New Yorka, 27 dəqiqə ərzində Bangoka, 29 dəqiqə ərzində Londona, 40 dəqiqə ərzində isə Dehli və San-Francisco kimi yerlərə uça bilərlər. “Shotwell”in dediklərinə, irəlidəki 10 il ərzində bu sistem tətbiq edilməyə hazır olacaq və insanlar istifadə edə biləcəklər.


loading...