Xalq artisti Röyaya sərt mesaj: “Vaxtında nələr etmisiniz, heç sizə ayıb olmayıb?!” - VİDEO

Xalq artisti Röyaya sərt mesaj: “Vaxtında nələr etmisiniz, heç sizə ayıb olmayıb?!” – VİDEO

Məşhur stilist və vizajist Anar Ağakişiyevin Xalq artisti Röya Ayxanı “180 dərəcə” dəyişməsi mətbuatın gündəmindən düşmür.

Müğənni Səidə Sultan bir neçə gün əvvəl arxivini gün üzünə çıxararaq, həmkarını, eləcə də A.Ağakişiyevi imic oğurluğunda günahlandırıb.

Qalmaqallı paylaşımı ilə Röyanı ifşa edən Səidə sosial media hesabında canlı efir açaraq, qarşı tərəfi ittiham edib.

Müğənni sərt sözləri ilə Xalq artistini “ağ yuyub, qara sərib”:

“Ay aman, birdən kimsə oxşar material çıxarar. Mən də 2019-cu ildə çəkdirdiyim fotosessiyamdan şəkil paylaşdım. Yaxşı elədim. Sonra qız (Röya Ayxan – red.) məni “iqnor” edib, “ayıb olsun” dedi. Mənə ayıb niyə olmalıdır? Kimisə təhqir etməmişəm, mənliyini alçaltmamışam və ya şərəfinə toxunmamışam. Vaxtında nələr etmisiniz. Heç o vaxt sizə ayıb olmayıb!? Biz nəsə edəndə ayıb olur?”

Oxu.Az

loading...