“Tünzalə çox danışır, Elza müğənni deyil”

“Tünzalə çox danışır, Elza müğənni deyil”

“Tünzalə Ağayeva yaxşı oxuyur, amma çox danışır”.

Bu sözləri “ATV maqazin onlarla” proqramında həmkarlarına münasibət bildirən müğənni Ayan Babakişiyeva söyləyib.

O, daha sonra digər müğənnilər barədə də fikirlərini bildirib:

“Elza Seyidcahan yaxşı bəstəkardır, ancaq müğənni kimi onu qəbul edə bilmirəm. Nadir Qafarzadə hisslərinə hakim ola bilmir, özünü cilovlaya bilmir. Roza Zərgərli yaxşı tərəfə dəyişdi. Çox gözəldir, indi daha seksidir. Brilliant Dadaşova Aygün Kazımovanı çox istəyirəm deyə, məni sevmir, amma onun sənətinin vurğunuyam”.

//axşam.az


loading...