Tünzalə Ağayeva və Cəlal Qurbanov: Darda qalan Qarabağın qoyma yolda sən gözünü

Tünzalə Ağayeva və Cəlal Qurbanov: Darda qalan Qarabağın qoyma yolda sən gözünü

“Qalx ayağa birdəfəlik de sözünü”.

“ASAN Xidmət” könüllülərinin təşəbbüsü ilə vətənpərvərlik mövzusunda yeni mahnı hazırlanıb.

fenomen .Az xəbər verir ki  “Qarabağın səsi” adlı mahnının musiqisi əməkdar artist Tünzalə Ağayevaya, sözləri isə bir çox sevilən mahnıların yazarı Cəlal Qurbanova məxsusdur.

Cəlal Qurbanov bildirib ki, çoxsaylı gənclər ordusu Ali Baş Komandanın əmrini gözləyir. O, öz hisslərini belə bölüşüb:

“Hər günümüz, hər anımız Şuşa, Xocalı, Xankəndi ilə bağlıdır. Son günlər cəbhə bölgəsində, şəhid əsgər və zabitlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk. Vətən sağ olsun deyirik. İnşallah, cənab prezidentimizin rəhbərliyi ilə Qarabağımızı düşmən tapdağından azad edəcəyik və qalibiyyət marşlarının sədaları altında üçrəngli bayrağımızı Xankəndidə ucaldacayıq. Ey türk oğlu, orda səni səsləyən var, gözləyən var, sənə ümid bəsləyən var. Qalx ayağa birdəfəlik de sözünü, darda qalan Qarabağın qoyma yolda sən gözünü”.

Son günlər düşmənlə sərhəddə baş verən hadisələr onu göstərir ki, əhali arasında vətənpərvərlik ruhunu artırmağa ehtiyac var. Odur ki, hər iki müəllif bu mahnını ərsəyə gətirib.

loading...