“Trampla Ağ Evdə...” – Kim Kardaşyan görüş haqda danışdı

“Trampla Ağ Evdə…” – Kim Kardaşyan görüş haqda danışdı

ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan Amerika prezidenti administrasiyası ilə qondarma erməni soyqırımı haqda danışıb.

Bu barədə Ermənistana gələn Kardaşyanın özü məlumat verib.

Onun sözlərinə görə, keçən il Ağ Evdə baş tutan görüşdə Trampla qondarma soyqırımının ABŞ hökuməti tərəfindən tanınması məsələsini müzakirə etmədiyini deyib.

Kardaşyan qeyd edib ki, “soyqırımının” tanınması onun məqsədidir və heç vaxt bundan imtina etməyəcək:

“Bu məsələ ilə bağlı prezidentlə fərdi söhbətim olmadı, amma məsləhətçilərlə görüşdüm”.

// Teleqraf.com

loading...