Təranə keçmiş sevgilisinin həbsindən danışdı- Yenilənib+Fotolar

Təranə keçmiş sevgilisinin həbsindən danışdı- Yenilənib+Fotolar

Prodüser Təranə Səmədovanın keçmiş sevgilisi, müğənni Rəqsanə İsmayılova ilə yaşadığı qalmaqallarla gündəmə gələn Fərid Azayev həbs olunub.

Fenomen.az xəbər verir ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, ötən gün axşam saatlarında saxlanılan Azayevə qarşı ittihamda irəli sürülüb. O, zorlamada ittiham olunur.

Onun hazırda Bakı Şəhər Prokurorluğunda saxlanıldığı bildirilir.

***

Prodüser Təranə Səmədova keçmiş sevgilisi Fərid Azayevin həbs olunma xəbərinə münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında prodüser Azayevin zorlama maddəsi ilə ittihamı olunmasına inanmadığını və ortada anlaşılmazlıq olduğunu bildirib:

“Fəridi 2011-ci ildən tanıyıram, artıq 4 ildir. Dörd ilin 3 ilini o insanla sevgili olmuşuq, bir-birimizə hörmətimiz olub. Hazırda sağlam dostluq münasibətimiz qalmışdı. O insana böyük hörmətim var. Düşünürəm ki, bu işdə anlaşılmazlıq var. Mətbuatda yayılıb ki, zorlama maddəsi ilə ittiham olunur. Əminəm ki, o belə addım atmaz, bu ona məxsus xüsusiyyət deyil. Dəqiqliklə bilirəm ki, anlaşmazlıq var. Zaman hər şeyə məlhəmdir. Hazırda saxlanılması hər şey demək deyil. Əminəm ki, məhkəmə davam edəcək və ədalətli qərar veriləcək. Saxlanıldığı məcəllə Fəridin iş fəaliyyətinə, həyat tərzinə, cəmiyyətdə tutduğu mövqeyə uyğun deyil. Hazırda məlumatsızam. Məlumatım olduqdan sonra geniş açıqlama verəcəm”.

3198

3199

3200

 

loading...