Supermodel Adriana Limadan cazibədar fotosessiya - Fotolar

Supermodel Adriana Limadan cazibədar fotosessiya – Fotolar

Brazilyalı supermodel Adriana Lima Las-Veqasda “Victoria’s Secret” mağazasına baş çəkib.

33 yaşlı gözəlçə “Victoria’s Secret” brendinin yeni kolleksiyası üçün kamera önünə keçib.

Bütün dünyada məşhur olan, alt geyimi istehsal edən şirkət yeni idealara imza atıb. Planetin bütün gözəl qadınlarını “mələklərinə” çevirən şirkət bu dəfə xanımların özlərini rahat hiss etmələri üçün əlindən gələni edib.

Yaxınlaşan sevgililər günü şərəfinə “Victoria’s Secret” böyük bayram tədbiri keçirməyi planlaşdırır.

Model qırmızı paltarda da metaldan böyük ürəyin fonunda fotokameraların qarşısında poza verib.

Adriana Lima “Victoria’s Secret” markasının bəzi alt paltarının predmetlərini göstərib.

Super model Lima yeni yaz-yay kolleksiyasını nümayiş etmək üçün cazibədar obrazı ilə pozalar verib. (anspress)

loading...