“Şou-biznesdə ərə gedən qızlardan əskik deyiləm” – Səidə – Fenomen.Az
Fenomen.Az

“Şou-biznesdə ərə gedən qızlardan əskik deyiləm” – Səidə

“Yaxın bildiyim insanlar var ki, onlardan çox incik düşdüm. Qəlbim sizinlə heç vaxt barışmayacaq”.

Bu sözləri müğənni Səidə Sultan “X maqazin”ə açıqlamasından deyib. Sənətçi ərə getməklə bağlı sualları cavablandırıb:

“Şou-biznesdə ərə gedənlərdən əskikəm qızam? İndiyənə kimi etməmişəm, çünki gözdən pərdə asmıyım ki, mən də getdim. Ya mən eləmirəm ki, hamı getdi mən qaldım. Ya da mən etmirəm ki, özümü ağılla yox, hislə idarə edirəm. Hislərimlə idarə edirəm özümü. Ağılla fikirləşmirəm ki, qurum, xalq desin bu da ailə qurdu. Xalq üçün ərə gedirəm? Xalqa niyə sübut edim ki, ərə gedim? Getsəm gedəcəm, getməsəm yox”.

Səidə övlad xatirinə ailə qurmayacağını da söyləyib:

“Məntiq insanları pozur. Övlad oyuncaq deyil, əgər yaxşı qadınsansa, övladı fikirləşməlisən. Ona ata sevgisi verə bilməyəcksən. Deyəcək, hamının atası var, mənim yox. Uşağa niyə elə travma yaşadım?”.


loading...