Selin Ciğerci ana olmaq istəyir

Selin Ciğerci ana olmaq istəyir

Bir neçə həftə əvvəl futbolçu Gökhan Çıra ilə evlənən Selin Ciğerci Youtube kanalında yayımlanan verilişlərdən birinə qatılıb.

Aparıcının evliliklə bağlı suallarına səmimi cavablar verən fenomen ana olmaq istədiyini açıqlayıb.

“Təbii yolla ana olmağım mümkün deyil. Ancaq Gökhanın ata olmasını çox istəyirəm. Övladımızı surroqat ana dünyaya gətirə bilər. Ancaq Türkiyədə bu, qadağandır. Övladlığa uşaq da götürə bilərik. Mən də ana olmağı arzulayıram” deyə, o, bildirib.

Qeyd edək ki, S.Ciğerci 6 il əvvəl cinsiyyətini dəyişərək qadın olub.

loading...