Seda Sayana görə ağır cəza

Seda Sayana görə ağır cəza

Türkiyənin Kanal D telekanalında nümayiş olunan “Kaynana gelin Sedaya gelin” şousunun aparıcısı, tanınmış müğənni Seda Sayanın başı yenidən dərddədir.

Türkiyənin Ali Teleradio Şurası (Radyo Televizyon Üst Kurulu, RTÜK) sözügedən proqramda yarışa qatılanlara verilən hədiyyələrin üzərində ticari nişan və loqotiplərin yolverilməz sayda, ölçüdə olduğunu bəyan edib. Qanunsuz reklam kimi dəyərləndirilən bu olaya görə Kanal D 650 min lirə məbləğində cərimələnib.
loading...