Şəbnəmdən maraqlı açıqlama: Xanım “balıq ətli” olmalıdır - VİDEO

Şəbnəmdən maraqlı açıqlama: Xanım “balıq ətli” olmalıdır – VİDEO

“İnsanlar məni bu cür sevirlər”.

Bu sözləri ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olan müğənni Şəbnəm Tovuzlu deyib.

“Kökəlməmişəm. Əksinə çəki atıb, arıqlamışam. 67 kilo idim. 3 kilo arıqladıb, çəkim düşdü 64 kiloya. Hələ buna narazılıq edirlər ki, çəkin 67 kilo olmalıdır. Əslində xanım “ətli-qanlı” və “balıq ətli” olmalıdır. Amma çəkim gərək 67-dən yuxarı qalxmasın”.

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlu sosial media hesabında evində idman etdiyi görüntülərini paylaşaraq, bu yollarla arıqladığına ehyam vurub. Amma onun bir çox şəkillərində “fotoşop” vasitəsi ilə bədənini daha da incəltməsi izləyicilərin diqqətindən yayınmayıb.

// Oxu.Az 

loading...