Röya Mətanətin "limon suyu"nu lağa qoydu - Video

Röya Mətanətin “limon suyu”nu lağa qoydu – Video

Müğənni Mətanət Əsədovanı lağa qoyanlardan biri də əməkdar artist Röya Ayxan olub.

Axşam.az xəbər verir ki, toy məclislərinin birinə qatılan ifaçıdan aparıcı Samir Bayramlı əlindəkinin nə olduğu soruşub. Röya isə “Limon suyudur” deyə, cavab verərək, gülməyə başlayıb.

Qeyd edək ki, ötən il içki masasında videosu yayılan Mətanət Əsədova, vəziyyətdən çıxmaq üçün əlindəkinin araq yox, limon suyu olduğunu söyləmişdi. Onun bu videosu isə söz-söhbətə səbəb olmuşdu.

Daha sonra isə “Eurovision” qalibləri Nigar Camal və Eldar Qasımov video paylaşaraq Mətanəti lağa qoymuşdular.

loading...