Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib

Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib

Tanınmış müğənni Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib. Lent.az-la əlaqə saxlayan Röya deyib ki, bir müddət əvvəl boşansa da, bunu ictimaiyyətə indi açıqlayır: “Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş”.

Röya hər kəsdən bu qərara hörmət və anlayış tələb edib: “Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasınız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb”.

loading...