Psixoloji müalicə alan Britni sükutu pozdu – Fotolar – Fenomen.Az
Fenomen.Az

Psixoloji müalicə alan Britni sükutu pozdu – Fotolar

Hazırda psixoloji müalicə alan müğənni Britni Spirs səhnədən getməsi barədə yayılan xəbərlərə münasibət bildirib.  Amerikalı pop ulduz səssizliyini pozaraq KİV nümayəndələrinin qarşısına çıxıb.

O, meneceri Larri Rudolfun bir müddət bundan əvvəl verdiyi açıqlamanı təkzib edib. Spirs qeyd edib ki, səhnə ilə vidalaşmaq fikri yoxdur: “Müzakirə olunan mövzular həqiqətdən kənar şeylərdir. Sənətdən getmirəm”. 

loading...