Pərvin Abıyeva : "Əks cinslə açıq-saçıq səhnələrə çəkilmərəm"

Pərvin Abıyeva : “Əks cinslə açıq-saçıq səhnələrə çəkilmərəm” – FOTOLAR

“Şou məkan” verilişinə qonaq olan aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib.

Aktrisa bir az fasilə verdikdən sonra aktiv fəaliyyətə keçməsindən bəhs edib:

“Bir il yarım idi ki, insanlar məni tez-tez görüb yorulmasın deyə çəkilişlərdən uzaq idim. Artıq bu ildən qərara gəldim ki, işləmək lazımdır. Çünki işləmədikcə insan passivləşir. “Xənnas”dan başladıq. “Gecə qonağı – 2″ni çəkdik. Bir müddət türklərlə işlədim. Yeni layihələrim də var. Sırf şans deyək buna.

Mən rejissorların diqqətini cəlb etmək üçün nə isə cəhd göstərmirəm. Xüsusi bir əməyim yoxdur ki, məni kimsə çəksin. Faktura baxımından gözəl aktrisalar olsa da, üzdə deyillər. Mən buna şans deyirəm. Mən çox istəyərdim ki, bizi işimizlə xatırlasınlar. Təəssüflər olsun ki, jurnalistləri maraqlandıran məşhurların özəl həyatıdır. Qınamıram onları. Ancaq daha çox işimlə yadda qalmaq istərdim”.

Abıyeva tənqidlərdən və sərhədlərindən danışıb:

“Təbii ki, tənqid edəndə normal yanaşıram. Ancaq təhqir edəndə və ələlxüsus da ailəmə toxunanda bu, məni özümdən çıxarır. Mən açıq səhnələri olan bir filmdə çəkilməmişəm. “Gecə qonağı”nda da elə bir açıq-saçıq səhnə yoxdur. Sadəcə xanımın həyatı budur. Nəzərə alsaq ki, orda elə bir səhnə yoxdur. Ancaq, ümumiyyətlə, açıq-saçıq səhnələrə çəkilmərəm. Düzdür, açıq geyinə bilərəm. Ancaq hansısa əks cinsin nümayəndəsilə açıq səhnələr, yox”. (qafqazinfo)


loading...