Özcan Dəniz, Burak Özçivit və Fahriye Evren Bakıya gəlir - Fotolar, Video

Özcan Dəniz, Burak Özçivit və Fahriye Evren Bakıya gəlir – Fotolar, Video

Daha bir türkiyəli məşhur paytaxtımızın qonağı olacaq. Aktyor-müğənni Özcan Dəniz 2015-ci ildə ölkəmizə səfər edəcək. Ö. Dəniz fevralın 19-da Nizami Kino Mərkəzində təşkil olunan “Sevimli təhlükəli” filminin qala gecəsində iştirak edəcək. Film ilk olaraq Türkiyədə fevralın 6-da təqdim olunacaq.

 

Qeyd edək ki, Özcan Dənizdən əvvəl Türkiyənin məşhur aktyorları Burak Özçivit və Fahriye Evcen Bakının qonağı olacaq. Türkiyəli təşkilatçı Ali Fidan Lent.az-a bildirib ki, yanvarın 29-u Burak Özçivit və Fahriye Evcen “Aşk sana benzer” filminin qala gecəsinə qatılmaq üçün Bakıya gələcək.

loading...