"Ölsəm uşağıma atası baxar" - Petek Dinçöz

“Ölsəm uşağıma atası baxar” – Petek Dinçöz

Türkiyəli iş adamı Sərkan Kodaloğlu ilə ailə quran müğənni Petek Dinçöz ana olmağa hazırlaşır. 

Həkimin “hamiləliyin səni iflic etmək riski var” xəbərdarlığına baxmayan ifaçının 1.5 aylıq hamilə olduğu öyrənilib. Məşhur müğənni qatıldığı verilişlərin birində hamiləliyi ilə bağlı maraqlı açıqlama da verib:  “Anadan gəlmə boyun sümüyümdə problem var. Hamiləlikdə iflic qalma riskim belə var. Doğuşdan sonra ölsəm uşağıma atası baxar. Analıq hissini yaşamaq üçün hər şeyi gözə aldım” . (Teleqraf.com)

loading...