Oksana Rəsulova ilk dəfə oğlunun fotolarını paylaşdı - FOTOlar

Oksana Rəsulova ilk dəfə oğlunun fotolarını paylaşdı – FOTOlar

Rəqqasə Oksana Rəsulova ilk dəfə oğlu Osmanla fotolar paylaşıb.

Sənətçi övladını qucaqlayan yerdə lentə alınan şəkilləri İnstaqramında yerləşdirib. Rəqqasə oğlunun üzünü gizlədib.

Oksana fotoya “Mənim sevgim – Osman. Allah bütün balaları saxlasın, olmayanlara qismət eləsin” sözlərini yazıb.

Qeyd edək ki, Oksana hamilə olmasını uzun müddət gizli saxlayıb. O, 1 yaşı olan övladının atasının kimliyini də açıqlamır.

// axşam.az

loading...