"Niyam Salami çörəyimi əlimdən aldı" - Nadir

“Niyam Salami çörəyimi əlimdən aldı” – Nadir

“Niyam Salami çörəyimi əlimdən aldı”.

Bu sözləri müğənni Nadir Qafarzadə “Söhbət var” verilişində deyib.

Proqramın aparıcısı, Əməkdar artist Dilarə Əliyeva sənət adamlarının adını çəkib. Müğənni Niyam Salaminin adını eşidən ifaçı bunları deyib:

“25 illik xatirəmiz var… Mən restoranda oxuyurdum, o da aşpaz işləyirdi. Hərdən gəlirdi mikrofonumu əlimdən alırdı, oxuyurdu. Çörəyimə bais olurdu. Axırda işi əlimdən aldı”.

Müğənni Xatun Əliyeva ilə bağlı isə Qafarzadə “Xatun nə edir heç bilmirəm. Oxuyur da… Amma Xatunda parodiya daha yaxşı alınır” sözlərini söyləyib.

// axşam.az

loading...