Natavanla Dado yenidən barışdı? - foto

Natavanla Dado yenidən barışdı? – foto

Reper Dado (Səid Əliyev) ilə müğənni Natavan Həbibi yenidən barışıb.

Dado birlikdə olan səmimi fotolarını İnstaqram səhifəsində paylaşıb. O, Natavanla şəklinə “Bayramın mübarək, Nat” şərhini yazıb. Bəziləri fotonun köhnə olduğunu vurğulayıb. Amma Natavanın yeni saç düzümündə olması şəklin bu günlərdə lentə alındığını təsdiq edib.

İzləyiciləri onların yenidən barışmasına sevindiklərini yazıblar. Natavan və Dadonun fotosuna müğənnilər də təəccübləniblər. Niyam Salami şərhdə təəccübünü gizlətməyib, Xatirə İslam isə “əla” işarəsini qoyub.

Qeyd edək ki, Natavanla Dado ilk dəfə dekabrda ayrıldıqlarını bildirmişdi. Yeni il ərəfəsində isə aparıcı Zaur Kamal onların videosunu paylaşaraq barışdıqlarını demişdi.

Ötən ay isə Natavan “Zaurla Günaydın” verilişində yenidən ayrıldıqlarını bildirib. O, münasibətlərinin alınmadığını söyləyərək, anası evində yaşadığını açıqlamışdı. (axşam.az)

loading...