Murad Dalkılıç məşhur aktrisa ilə bir arada - fotolar

Murad Dalkılıç məşhur aktrisa ilə bir arada – fotolar

Pop musiqisinin iddialı nümayəndələrindən olan Murad Dalkılıçın maraqla gözlənilən albomu iyunun 26-da sevənlərinə təqdim olunmuşdu.

fenomen .az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı artıq mahnılarına klip çəkdirməyə başlayıb.

“Dərinə” adlı mahnısı üçün kamera qarşısına keçən Murad albom haqqında çox gözəl şərhlər aldığını və bundan ruhlanaraq klip ərsəyə gətirmək istədiyini deyib. Həm ritmik, həm də lirik mahnıların yer aldığı musiqi toplusuna görə böyük sevinc hissi duyduğunu ifadə edən Dalkılıç “Dərinə” mahnısının klipində tək yox, aktrisa Özgə Özpirinçci ilə görünəcək. Çəkilişləri İstanbulda reallaşan ekran əsəri üçün 3 gün vaxt sərf olunub. Müğənni Özgə ilə maraqlı obraz canlandırdığını söyləyib.

loading...