Muğam ifaçıları Ağdamda – foto

Muğam ifaçıları Ağdamda – foto

Tanınmış muğam ifaçıları Ağdama yollanıblar. 

fenomen .az-ın məlumatına görə, xanəndələrin səfər zamanı çəkilən fotosunu xalq artisti Nəzakət Teymurova İnstaqram səhifəsində paylaşıb. 

Şəkildə N.Teymurova ilə yanaşı, xalq artisti Arif Babayev, Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artist Təyyar Bayramov və başqaları yer alıb. 

N.Teymurova fotoya “Havasından, suyundan, torpağından doymadığım Ağdamım” şərhini yazıb.

loading...