Müğənni Röya Ayxan “Bu faciəyə ana, bacı kimi yanıram”

Müğənni Röya Ayxan “Bu faciəyə ana, bacı kimi yanıram”

Müğənni Röya Ayxan İnstaqramda bu gün cəbhə bölgəsində şəhid olan əsgərlərimizdən yazıb. 

Çox üzüldüyünü deyən sənətçi xalqımıza başsağlığı verib: 

“Vətən olaraq çox şey itirmişik. Qəlbimiz lap əzəldən yaralıdır. Yenə biz itiririk… dayanmadan və üzülərək. Bəlkə yenə güman edək? Güman edək ki, bu, sonuncudur. Yorulmuşuq artıq. Bu faciələrə ana, bacı kimi yanıram. Xalqıma dərin hüznlə başsağlığı verirəm. Kaş ki, yuxuda olardım. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

loading...