Məşhur serialın ulduzu tanınmaz halda - foto

Məşhur serialın ulduzu tanınmaz halda – foto

1989-cu ildə başlayan və 2000-ci ilin ortalarına qədər davam edən “Baywatch” (“Sahil mühafizə”) serialının qəhrəmanlarından olan Yasmin Blit həyat yoldaşı ilə Yeni il tətilinə çıxıb.

Kaliforniyada dincələn 46 yaşlı Y.Bliti tanımaq mümkün olmayıb. Aktrisanın həddindən çox kökəlməsi diqqət çəkib.

Qeyd edək ki, Yasmin 2001-ci ildə kokainin təsiri altında avtomobil idarə etdiyinə görə cəzalandırılmışdı. Aktrisa bu pis vərdişi ucbatından rol aldığı serialdan da qovulmuşdu. (Axşam.az )

loading...