Məşhur model 8 ilini həbsdə keçirəcək — FOTOLAR

Məşhur model 8 ilini həbsdə keçirəcək — FOTOLAR

Məşhur çex model Tereza Hluskova məhkəmənin hökmü ilə 8 il 8 ay müddətinə həbs edilib.

Tereza 8.5 kilo narkotik maddə ilə hava limanında həbs edilmişdi. Pakistanın Lahordakı məhkəməsi 23 yaşlı model barədə həbs qərarı çıxarıb. Hluskova ilə birlikdə hakim qarşısına çıxarılan Şoaib adlı pakistanlı isə azadlığa buraxılıb.

Qərardan sonra göz yaşlarına hakim ola bilməyən model apellyasiya şikayəti verəcək.


Hluskova model kimi 3 ay Pakistanda qalıb. O, Abu-Dabiyə uçmaq üçün hava limanına gedib. Onun çantasından 8.5 kilo narkotik maddə çıxıb. Çex model narkotik maddənin ona verilən hədiyyələrin arasında olduğunu bildirmişdi.

loading...