Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı

Məşhur aktrisa “Instagram”a qatıldı – Sutka ərzində 3 milyon abunəçi topladı

Məşhur Hollivud aktrisasıCennifer Eniston oktyabrın 15-də “Instagram” sosial şəbəkəsində özünə akkaunt açıb.

Ulduz ilk post olaraq “Dostlar” (“Friends”) serialındakı həmkarları ilə şəklini paylaşıb.

“İndi biz “İnstagram”da da DOSTUQ. Salam, “İnstagram”!” – Eniston postu şərh edib.

Elə ilk saatdaca 115 min insan aktrisanın akkauntuna abunə olub, hazırda isə akkauntun üç milyondan artıq  abunəçisi var.

Xatırladaq ki, Manhettendən olan altı gəncin həyatından bəhs edən “Dostlar” serialı 1994-2004-cü illər arasında ekranlara çıxıb. Ümumilikdə on mövsüm çəkilib.

loading...