“Məni həzm edə bilmirsiniz” - Tünzalədən küsülü olduğu müğənnilərə

“Məni həzm edə bilmirsiniz” – Tünzalədən küsülü olduğu müğənnilərə

Əməkdar artist Tünzalə Ağayeva “5-ci element” proqramının qonağı olub.

O, proqram zamanı Hüsniyə Məhərrəmovanın rubrikasında “Aygün Kazımova ya Faiq Ağayev” sualına “heç biri” deyə, cavab verərək, diqqət çəkib.

Sənətçi daha sonra Ranar Musayevin “Niyə sizi şou-biznesin “qaymaq”ları qəbul edə bilmir” sualını da cavablandırıb:

“Söz atmaq məndən uzaqdır. Başqa artist bunu özü üçün pr sayır. Bir dəfə dedim ki, sizin mənə qarşı aqressiv narahatlığınız bir daha mənim güclü olmağımı isbat edir. Siz məni həzm edə bilmirsiniz. Bu, bir kompleksdir. İçimdə paxıllıq yoxdur. Niyə uğurlu layihələrə sevinməyim? Həmişə məndən xaricdə Azərbaycanın estradası ilə bağlı soruşulanda fəxrlə adlar çəkirəm. Kimsə məni evində və çölündə həzm edə bilmirsə, bu, onun problemidir. Kiminsə bazarına girməmişəm ki, onlar məni qəbul etsin, ya yox. Mən təhsil almış, uğur qazanmış Tünzaləyəm. Buraya intriqalardan gəlib çıxmamışam. Paylaşılmayan nədir, mən də anlamıram. Tünzalə olaraq yerimdəyəm, bu yeri heç kim tuta bilməz, hər kəs də öz yerinə hörmət etsə, daha yaxşı olar”.

Qeyd edək ki, Ağayeva xalq artistləri Aygün Kazımova, Faiq Ağayev və müğənni Nura Suri ilə küsülüdür.

// axşam.az

loading...