“Mən diva yox, kraliçayam” - Səmra

“Mən diva yox, kraliçayam” – Səmra

Müğənni Səmra Rəhimli sosial şəbəkədə müzakirələrə səbəb olacaq status yazıb.  Gənc ifaçı instaqramın “Sual-Cavab” funskiyasından istifadə edərək izləyicilərinin suallarına münasibət bildirib. 

Səmra son zamanlar gündəmdən düşməyən “diva” qalmaqalına də toxunub.  Səmra həmkarı Samir Bağırovun onun barədə “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” yazdığı şərhlə bağlı verilən suala belə cavab verib: “Mən “diva” olmaq istəmirəm. Pərəstişkarlarım mənə “Queen Samra” ( Kraliça Səmra) deyir. Mən elə “queen” qalmaq istəyirəm”. 

Qeyd edək ki, S. Bağırov Səmranı “diva” adlandırdığı üçün sosial şəbəkələrdə tənqid olunmuşdu. İstifadəçilər Bağırovun dostluq etdiyi,  hazırda “Diva statuslu xalq artisti Aygün Kazımovanı gənc ifaçıya dəyişdiyini iddia etmişdilər. 
(Qafqazinfo)


loading...