Mələk Heydərovadan 18+ FOTOlar

Mələk Heydərovadan 18+ FOTOlar

Aparıcı-aktrisa Mələk Heydərova yeni fotossesiya etdirib.

Fenomen.Az primetime.az-a istinadən xəbər verir ki, daim cəsarətli şəkilləri ilə gündəmə gələn aktrisa bu dəfə də adətinə xilaf çıxmayıb. Belə ki, dəniz kənarında çəkilən fotolarda Mələk bikinidə olub. Çəkilişlər Şıxov çimərliyində baş tutub. Fotoların müəllifi isə Nurlan Gülməmmədovdur.

Heydərova bu fotosessiyası ilə həm də yay fəsli ilə də vidalaşıb. Aparıcı açıqlamasında bildirib ki, bu həm də yeni işinin tanıtımı üçündür.  Mələk bildirib ki, tezliklə “18+” tərzində layihə təqdim edəcək.  O, yeni iş ilə bağlı bir o qədər də danışmaq istəməsə də, görəcəyi işi yetərincə səs-küy yaradacağını bildirib.

Qeyd edək ki, M.Heydərova eyni zamanda ARB telekanalında yayımlanan “Baldız” serialında əsas obrazlardan birini canlandırır.

loading...