"Kişi ən gözəl, cazibədar və maraqlı qadını istəyir"

“Kişi ən gözəl, cazibədar və maraqlı qadını istəyir”

Müğənni Nigar Camal qadın-kişi münasibətləri ilə bağlı etdiyi paylaşımla izləyicilərinin diqqətini çəkib.

Sənətçi güclü cinsin nümayəndələrinin hər zaman gözəl qadınlara üstünlük verdiyini söyləyib:

“Kişi hər zaman ən gözəl, ən cazibədar, ən maraqlı, ən şarmlı qadını istəyir. Amma o qadın evdə otursun və onu heç kim görməsin”.

Nigar izləyicilərindən birinin “Bunlar münasibətin başlanğıcında, itirmək qorxusu olan zaman baş verir. Zamanla onun brilyatının olduğunu anlayır. Sonra başlayır brilyantı başqalarının görməsinə imkan verməyə” sözlərinə “Axı sonra həmin brilyant başlayır yavaş-yavaş pisləşməyə” cavabını verib.

// axşam.az

loading...