“Kimdir nömrə 1?”in duetləri... - fotolar

“Kimdir nömrə 1?”in duetləri… – fotolar

ATV-də yayımlanan “Kimdir nömrə 1?” yarışmasının bugünkü buraxılışında maraqlı anlar yaşanacaq.

Yarışmanın iştirakçıları estrada ulduzları ilə duetlər təqdim edəcəklər.

Belə ki, xalq artisti Flora Kərimova, Brilliant Dadaşova, meyxanaçı Namiq Qaraçuxurlu, müğənni Elnur Məmmədov, İlqarə Kazımova və başqaları iştirakçılarla duetlər səsləndiriblər. Gecənin ən maraqlı dueti isə verilişin aparıcısı Cavid Güllə ekspert Afaq Gəncəlinin ifası olub.

“Kimdir nömrə 1?”in sözügedən buraxılışına bu gün saat 21:45-də baxa bilərsiniz. (Axşam.az)

 

loading...