İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular: “Getdikcə çirkinləşirsən” - FOTO

İzləyicilər Günelin yeni imicini məsxərəyə qoydular: “Getdikcə çirkinləşirsən” – FOTO

Türkiyədə yaşayıb, fəaliyyətini uğurla davam etdirən müğənni Günel Zeynalova yenə imicini dəyişib.

Oxu.Az xəbər verir ki, “həftə səkkiz, mən doqquz” saç rəngini dəyişən sənətçi bu dəfə onları sarıya boyayaraq, “keratin” vasitəsilə düzləşdirib.

“Yepyeni mən” başlığı altında yeni şəkillərini sosial media hesabında paylaşan müğənni izləyiclərin tənqidinə məruz qalıb.

Onlar G.Zeynalovanın üzündə keçirdiyi plastik və estetik əməliyyatları bir daha başına qaxınc edərək, bu sözləri yazıblar:

“Özünü niyə bu hala salmısan?”, “Üzündə plastik əməliyyat keçirməsəydin, daha gözəl idin”, “Gözəl qız idin. Daha özünlə oynama. Getdikcə çirkinləşirsən. Bundan əvvəlki görünüşün daha gözəl idi, arıqlama” kimi rəylərlə müğənnini topa tutublar.

G.Zeynalova yazılan mənfi rəylərə reaksiya verməyib.

Qeyd edək ki, G.Zeynalova iki dəfə rinoplastika əməliyyatı keçirib. Bununla yanaşı, o, dodaqlarının həcmini gel vasitəsilə böyüdüb və qaşlarına “mikrobleydinq” etdirib.

loading...