"İnstagram" fenomeni hesabını bağlamalı oldu - Paylaşdığı fotoya görə + FOTOLAR
Fenomen.Az

“İnstagram” fenomeni hesabını bağlamalı oldu – Paylaşdığı fotoya görə + FOTOLAR

İndoneziyanın Bali adasında tətildə olan məşhur isveçli “İnstagram” modeli Natali Klater düyü tarlası önündə bikini ilə şəkil çəkdirib. Fotonun arxa fonunda isə tarlada işləyən bir kəndli qadın olub.

Modelin şəkli “İnstagram”da paylaşaraq altına “Tarladan hər səhər düyü yığan adamla öz həyatım arasındakı fərqi düşünürəm” yazması izləyicilərinin tənqidinə səbəb olub.

İzləyiciləri modeli narsist, duyğusuz və kibirli adlandırıblar. “İnstagram” fenomeni sonradan daha bir status paylaşaraq indoneziyalıları tərifləsə də, xeyri olmayıb. Nəticədə linçlərə məruz qalan model hesabını bağlamalı olub.

Metbuat.az

loading...