Hollivud aktrisasından göz yaşı içində etiraf — Media patronu məni zorlayıb

Hollivud aktrisasından göz yaşı içində etiraf — Media patronu məni zorlayıb

Amerikalı aktrisa Mira Sorvino cinsi cinayətlərlə bağlı daha ağır cəzaların və qanunların qəbul edilməsi mövzusunda keçirilən konfransda iştirak edib.

“Oskar”lı aktrisa dostu, media patronu Harvey Vaynşteyn tərəfindən zorlandığını göz yaşları içində etiraf edib.

51 yaşlı aktrisa deyib:

“Təcavüz qurbanları ədalət axtarırlar. Mən bu insanlara kömək etmək üçün keçmişdə yaşadığım zorlanma və bundan yaranan psixoloji travmadan danışdım. Bəzən qurban olsanız da, özünüzü günahlandırıb özünüzdən utanırsınız”.

Mira hansı tarixdə və harada zorlandığı haqqında məlumat verməyib.

loading...